20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İran BMT-nin bu komissiyasından çıxarılacaq

29.11.2022

Dekabrın 14-də İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılması məsələsi səsverməyə qoyulacaq.

"DM" xəbər verir ki, məsələ ilə bağlı qətnamə layihəsi ABŞ tərəfindən hazırlanıb.

"İranın siyasəti qadınların və qızların hüquqları və BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının missiyası ilə əsaslı şəkildə ziddiyyət təşkil edir. Bu layihə İranı qadınların hüquqlarını pozduğuna görə qınamaqla yanaşı, Tehranın 2022-ci ildən 2026-cı ilə qədər müddət üçün Komissiyadan çıxarılmasını tələb edir”, - qətnamə layihəsində bildirilib.

Qeyd olunub ki, BMT digər üzv dövlətlərin, o cümlədən İranın bu komissiyadan çıxarılmasına əvvəllər tərəddüd edən ölkələrin də rəylərini alıb.