26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əhməd Əhmədov azadlığa çıxıb?

29.11.2022

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun azadlığa buraxıldığı barədə yayılan məlumat təsdiqlənməyib.

Bakı Apellyasiya Məhkəməsindən  bildirilib ki, bununla bağlı hər hansı proses keçirilməyib.

"Əhməd Əhmədovun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxıla bilməz", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad olunmuş və üzərindən 4 il keçəndən sonra o, müvəqqəti məskunlaşdığı Bakı şəhərindən Naxçıvana çağırılaraq 11 il müddətinə həbs edilmişdi. Sabiq nazir külli miqdarda dövlət əmlakını mənimsəməkdə günahlandırılmışdı.

Ötən gün onun Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxıldığı barədə məlumat yayılmışdı.