Putin türk dövlətləri ilə “qaz birliyi” yaradır  
    
                          
     
                         29.11.2022
 
    
                        Rusiya və Qazaxıstan liderləri Vladimir Putin və Qasım-Jomart Tokayev Kremldə keçirilən görüş zamanı Özbəkistanın iştirakı ilə qaz birliyinin yaradılmasını müzakirə ediblər.
"DM" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
"Söhbət Qazaxıstan və Özbəkistan əraziləri vasitəsilə Rusiya qazının nəqlində addımları əlaqələndirmək üçün "üçtərəfli qaz birliyi”nin yaradılmasından gedir”, - o bildirib.
Jeldibayın sözlərinə görə, Putin və Tokayev bütün tərəflərin maraqlarını nəzərə almaqla, rasional həll yolu üçün ekspertlərin iştirakı ilə üçtərəfli məsləhətləşmələrin aparılması ilə bağlı razılığa gəliblər.