27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ali Məhkəmə Rafiq Bayramov barədə qərar verib

29.11.2022

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

"DM"-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib.

Məhkəmə şikayəti təmin etməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Rafiq Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.