26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putinin ən yaxın adamı istefa verib

29.11.2022

Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin vəzifəsindən istefa verib.

"DM" xəbər verir ki, bu barədə Kudrin özü açıqlama yayıb.

"Ümumilikdə 25 ilə yaxın dövlət sektorunda çalışmışam. İndi mən geniş mənada özəl təşəbbüslərin inkişafı ilə bağlı olan, eyni zamanda insanlara ciddi təsir göstərən iri layihələr üzərində dayanmaq istərdim. Buna görə də Rusiya Prezidentinə müəyyən edilmiş qaydada müvafiq ərizə təqdim etdim, Hesablama Palatasının sədri vəzifəsini tərk edirəm”, - Kudrin bildirib.

Qeyd edək ki, Aleksey Kudrin Rusiya Prezidenti Vladimir Putinin yaxın adamlarından sayılır.