20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Erməni mayor həbs edilib – Bakıya işləyirmiş?

29.11.2022

Ermənistanda xarici xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan zabit saxlanılıb.

"DM" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmətin hərbi əks-kəşfiyyat departamentinin həyata keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, Ermənistan vətəndaşı, N saylı hərbi hissənin mayoru 2021-ci ilin iyulunda xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib və onlarla işləmək haqqında razılaşma imzalayıb.

Məlumatda qeyd olunub ki, Ermənistandakı hərbi hissələrdən birinə rəis təyin olunduqdan sonra zabit xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığın davam etdirilməsi təkliflərini qəbul edib və hərbi sahədə dövlət və rəsmi sirr təşkil edən məlumatların toplanması və verilməsini ödənişli olaraq öz üzərinə götürüb.

Saxlanılan şəxs 2022-ci ilin fevral-noyabr ayları ərzində ötürdüyü məlumatlara görə xarici xüsusi xidmət orqanlarından müxtəlif vaxtlarda 19.700 dollar pul alıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, mayorun hansı xüsusi xidmət orqanına işlədiyi haqda məlumat verilməyib.