04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yavuz: Ermənilərin bütün iddiaları mifdir

28.11.2022

Türk Ağsaqqalları Birliyinin (TAİB) mərkəzi ofisində ABŞ-ın nüfuzlu Yuta Universitetinin professoru, siyasi-analitik Hakan Yavuzla görüş keçirilib.

"DM" xəbər verir ki, görüşdə Hakan Yavuz çıxışı zamanı müəllifi olduğu "Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabın əhatə etdiyi mövzu və istiqamətlər barədə danışarkən ermənilərin tarixi faktları saxtalaşdırma siyasətinə dair xeyli nümunələr də göstərib.

Professor bildirib ki, ermənilərin bütün iddiaları əsassızdır və miflər üzərində qurulub.

Daha sonra Hakan Yavuz görüş iştirakçılarının geopolitik məsələlərə, regionun gələcək perspektivlərinə dair suallarını cavablandırıb.

Sonda dünyaca məşhur alimə Türk Ağsaqqalları Birliyinin xüsusi plaketi, eləcə də təşkilatın həmsədri Hulusi Kılıçın "44 gün Vətən Müharibəsi” və təsisçi Ramin Əhmədovun "Heydər Əliyev və anti-terror siyasəti” adlı kitabları təqdim olunub.