Norveç səfiri Rusiya XİN-ə çağırılıb 
    
                          
     
                         28.11.2022
 
    
                        Norveçin Rusiyadakı səfiri Robert Kvile Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"DM" xəbər verir ki, bu barədə Rusiya XİN saytında məlumat verilib.
Qeyd olunub ki, səfirin çağırılmasına səbəb Norveçdə Rusiya vətəndaşlarının saxlanılması və barələrində aparılan məhkəmə prosesidir. Onlar pilotsuz uçuş aparatlarının (PUA) qanunsuz istifadəsində təqsirli bilinirlər.
Nazirlikdən o da qeyd olunub ki, Rusiya vətəndaşlarının Norveçdə həbs olunması ədalətli deyil və siyasi xarakterlidir.