07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Neft Fondunun gəlirləri kəskin artacaq, xərcləri azalacaq

28.11.2022

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 8 990,9 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin müvafiq icra göstəricisindən 6 994,8 mln. manat və ya 43,8%, 2022-ci ilin proqnozundan 6 798,2 mln. manat və ya 43,1%, 2022-ci ilin gözlənilən icra göstəricisindən isə 6 137,7 mln. manat və ya 40,6% azdır

"DM"-nın verdiyi xəbərə görə, bu, Hesablama Palatasının "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə rəy”ində əksini tapıb.

Məlumata görə, 2023-cü ildə Fondun xərclərinin 11 392,3 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2021-ci ilin müvafiq icra göstəricisindən 9,7 mln. manat və ya 0,1% çox, 2022-ci ilin proqnoz göstəricisindən 204,8 mln. manat və ya 1,8% az, gözlənilən icra göstərcisindən isə 994,0 mln. manat və ya 9,6% çoxdur.