06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya hərbi gücünü cəmləyir: Yeni hücumlar gözlənilir - VİDEO

28.11.2022

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə kommunal xidmətlərlə bağlı problemlər tədricən aradan qaldırılır.

"Buna baxmayaraq, bütün Ukrayna üzrə yenidən raket hücumunun gözlənilməsi ilə əlaqədar ciddi xəbərdarlıq var. Hətta ötən axşam Ukrayna Prezidenti Volodimir Zelenski də əhaliyə bununla bağlı müraciət etdi”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, son günlər Rusiya ordusu hərbi gücünü əsasən Donetsk və Zaporojye istiqamətində cəmləyir, genişmiqyaslı hücum gözlənilir.