06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səfir: Misir Prezidentinin Azərbaycana səfərinə hazırlıq gedir

28.11.2022

"Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri gözlənilir”.

Bunu Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid  deyib.

Diplomat qeyd edib ki, səfər dəvəti qüvvədədir: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisini Azərbaycana səfərə dəvət etmişdi, lakin pandemiya səbəbi ilə bu səfər baş tutmadı və sonradan həmin dəvət yeniləndi. Hazırda səfərlə bağlı hazırlıq prosesi gedir, işlər görülür, lakin səfərin hansı tarixdə baş tutacağı haqda dəqiq məlumat yoxdur. Bir sözlə, səfər gözlənilir”.