06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

28.11.2022

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Bu barədə Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub.

Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.

Həmçinin Tədbirlər Planına əsasən Azərbaycanda "Heydər Əliyev - 100” yubiley medalı təsis ediləcək.

Yubiley medalının təsis edilməsi 2023-cü ilin yanvar-may ayı üçün nəzərdə tutulub.

2023-cü ildə eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları buraxılacaq.

Tədbirlər Planında poçt markaları və xatirə nişanlarının gələn ilin mart-may aylarında dövriyyəyə buraxılması nəzərdə tutulub.