28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyalı biznesmen helikopter qəzasında ölüb

28.11.2022

İsveçrədən Monakoya uçan helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb.

"DM" xəbər verir ki, ölənlərdən biri "Forex Club”ın təsisçisi, rusiyalı biznesmen Vyaçeslav Taran, digəri isə 35 yaşlı pilotdur.

Helikopterin məxsus olduğu şirkət "Monacair” rəsmi olaraq istintaqın təfərrüatlarını şərh etməyib.

Xatırladaq ki, V.Taran Rusiyanın "Forex” bazarında 3 aparıcı iştirakçıdan biri olan şirkətlər qrupunu – "Forex Club”ı təsis edib. Rusiyalı iş adamı son 10 ildə Monakoda yaşayıb.