Usubov Qalib Rəhimovu  İŞDƏN ÇIXARDI 
    
                          
     
                         19.10.2018
 
    
                        Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.
Report-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə BŞBPİ-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.
E.Hacıyev bu təyinata qədər BŞBPİ Mətbuat xidmətinin əməkdaşı olub.