29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsa Həbibbəyli: Oğlumun harada olduğunu bilmirəm

28.11.2022

Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır.

"DM" xəbər verir ki, bu barədə Gununsesi.info-ya Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə atası, AMEA prezidenti İsa Həbibbəyli münasibət bildirərkən deyib.

"Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli ”Bilmirəm haradadır, xəbərim yoxdur” deyərək, telefonun dəstəyini asıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb.

Muxtar Respublikanın gömrük və digər maliyyə qurumlarından bir neçə şəxsin həbs edildiyi deyilir.