28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ekspert: “Azərbaycan uğurlu inkişaf modeli nümayiş etdirir”

25.11.2022

"Azərbaycan uğurlu inkişaf modeli nümayiş etdirir”.

"DM” xəbər verir ki, bu sözləri Ceymstaun Fondunun tədqiqatçısı Vladimir Sokor deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub.

"Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünü bərpa edib. Bu, hərbi-siyasi proses idi. Azərbaycan bunu çox uğurla həyata keçirib”, - V.Sokor bildirib.

Ekspert Azərbaycanın Avropaya təbii qaz tədarükçüsü və tranzit ölkə kimi mühüm rolunu da vurğulayıb.

V.Sokorun fikrincə, təbii qaz inkişaf etmiş ölkələr üçün əsas enerji mənbəyi olaraq qalacaq: "Yaşıl enerji” heç vaxt 100% uğurlu olmayacaq. "Yaşıl” keçiddən sonra belə, təbii qaz əsas enerji mənbəyi olacaq”.