28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Peskov: Müharibə bu şərtlə dayandırıla bilər

25.11.2022

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanı sülh danışıqlarına çağırıb və müharibəni dayandırmağın şərtlərini açıqlayıb.

"DM" Musavat.com-a istinadən xəbər verir ki, Peskov Ukraynanın Rusiyanın şərtlərini yerinə yetirməyə razı olacağı təqdirdə bütün hücumların dayandırıla biləcəyini deyib.

"Ukrayna rəhbərliyinin vəziyyəti normallaşdırmaq və problemi Rusiya tərəfinin tələblərinə cavab verəcək şəkildə həll etmək üçün hər cür imkanı var”, - Kremlin sözçüsü deyib.

Rusiyanın şərtləri hansılardır?

Peskov bildirib ki, Rusiyanın "xüsusi hərbi əməliyyatı” Ukraynada hakimiyyəti dəyişmək məqsədi daşımır.

Kremlin sülh şərtlərinə Rusiyaya birləşməyə qərar verən 4 bölgənin Moskvada qalması və Krım məsələsinin, ümumiyyətlə, müzakirə olunmaması daxildir.

Rusiya, həmçinin Ukraynanın "neytral” və "qeyri-nüvə” statusuna malik olmasının vacibliyini vurğulayır.

Ukrayna isə hər fürsətdə bildirir ki, rus əsgərləri işğal olunmuş ərazilərdən çəkilmədikcə Kiyev danışıqlar masasına əyləşməyəcək.