05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran qadınları beynəlxalq təşkilatlara məktub yazıb

24.11.2022

İran Millətləri Qadınlar Təşkilatı BMT, UNİSEF, Beynəlxalq Amnistiya Təşkilatı və Beynəlxalq Əmək Təşkilatına məktub ünvanlayıb.

"DM" xəbər verir ki, "İranda insan haqları müdafiəçiləri ilə maraqlanan hər kəsə” adlı məktubda hökumətə qarşı ciddi addımların atılması tələb olunur.

Məktub müəllifləri nümayişlərdə etirazçıların öldürülməsi ilə yanaşı, azyaşlı uşaqlara qarşı da amansız davranıldığını vurğulayıblar.

Qeyd edək ki, İran Millətləri Qadınlar Təşkilatı türk, kürd, bəluc, ərəb və türkmən qadın fəallarından təşkil edilib.