30 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya XİN bu müqavilənin təfərrüatını açıqlamaqdan imtina edib - VİDEO

24.11.2022

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər problemləri kimi sülh müqaviləsinin imzalanması məsələsi də çox həssas xüsusiyyət daşıyır”.

Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib.

O, news.ru saytının jurnalisti Sona Rüstəmovanın Qarabağın "statusu” məsələsinə baxılmasının təxirə salınmasını özündə ehtiva edən sülh müqaviləsi ilə bağlı Rusiyanın təklifləri haqqında sualını cavablandırıb.

Zaxarovanın sözlərinə görə, konkret razılaşmalar ortaya çıxmazdan əvvəl tərəflərin mövqelərini şərh etmək düzgün deyil.

Diplomat həmçinin xatırladıb ki, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev ötən həftə İrəvanda olub. Səfəri çərçivəsində o, Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb, hazırda isə Azərbaycan tərəfi ilə görüşmək üçün Bakıdadır. Bu təmaslar zamanı digər məsələlərlə yanaşı, sülh müqaviləsi məsələsi də müzakirə olunur.


Mənbə: news.ru