Ən təhlükəli sürüşmə əraziləri açıqlandı  - SİYAHI 
    
                          
     
                         18.10.2018
 
    
                        Bakının doqquz ərazisində hazırda sürüşmə riski var.
"Dövran Media" bildirir ki, bu barədə oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun (AMEA) aparıcı elmi işçisi Starə TarixAzər deyib.
"Ölkə ərazisində yaz və payızda yağan yağışların çox olması səbəbi ilə sürüşmələr aktivləşir. Bayıl yamacı, Buxta, Badamdar, Bibiheybət, Masazır, Yeni Günəşli, Əhmədli, Bayıl, Zığ yolunda sürüşmə aktivdir və fəallaşma davam edir", - alim qeyd edib.
Starə TarixAzər qeyd edib ki, hazırda Zığ yolunda yerləşən 100-dən çox bina aktiv zonada yerləşir.