30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya XİN Xovayevin Azərbaycana səfərinin məqsədini açıqlayıb

24.11.2022

Sülh müqaviləsi mövzusu və Azərbaycan-Ermənistan nizamlanmasına dair digər məsələlər olduqca mürəkkəb və həssas xarakterlidir.

"DM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqində bildirib.

Rusiya XİN rəsmisi konkret razılıq əldə olunana qədər tərəflərin mövqelərini şərh etməyi məqsədəuyğun hesab etmədiklərini diqqətə çatdırıb.

"Bu haqda dəfələrlə demişik”, - Zaxarova əlavə edib.

Zaxarova Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin noyabrın 14-də İrəvanda səfərdə olduğunu xatırladıb.

"Hazırda Xovayev Bakıda səfərdədir. Xovayevin Bakıdakı təmasları zamanı sülh müqaviləsi problematikası da müzakirə olunur”, - Zaxarova qeyd edib.

Xatırladaq ki, noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.