08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə polisi İstanbul meşəsində Camal Qaşıqçının meyitini axtarır

18.10.2018

Türkiyənin hüquq-mühafizə orqanları İstanbulun Belqrad meşəliyində səudiyyə ərəbistanılı müxalif jurnalist, "Vaşinqton post" qəzetinin itkin düşən əməkdaşı Camal Qaşıqçının meyitinin axtarışlarını həyata keçiriblər. 
"Dövran Media" xəbər verir ki, təhlükəsizlik kameraları jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdiyi və orada itkin düşdüyü gün konsulluqdan çıxan avtomobillərin həmin istiqamətdə hərəkət etdiklərini qeydə alıb.
Meşəyə gələn kriminalistlər bütün kamera qeydlərini toplayaraq, axtarış aparıb. Bu qeydlər tam araşdırıldıqdan sonra polisin müəyyən bir ehtimal üzərində dayanacağı gözlənilir.
Eyni zamanda, İstanbul şəhər Prokurorluğu C.Qaşıqçının itkin düşməsi ilə bağlı açıqlama yayıb. Bildirilib ki, istintaq beynləxalq hüquq və müqavilələrə əməl etməklə bütün istiqamətlərdə davam edir: "Növbəti mərhələlərdə ehtiyac yaranacağı halda, istintaq prosesi haqqında lictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.