09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Qayınanasına və 2 yaşlı oğluna xəsarət yetirən şəxs tutulub

24.11.2022

Səbail rayonunda qayınanasına və 2 yaşlı oğluna xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.