02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşa 50 ölkəyə nota göndərib

23.11.2022

Polşa 50 ölkəyə Almaniyadan təzminat almaq hüququnu izah edən nota göndərib.

"DM" xəbər verir ki, bunu Polşa Seyminin Beynəlxalq Münasibətlər Komitəsi sədrinin müavini Arkadiuş Mulyarçik söyləyib.

Qeyd edək ki, daha öncə Polşa hakimiyyəti İkinci Dünya müharibəsindən dəymiş ziyana görə Almaniyadan 6,2 trilyon zloti (təxminən 1,3 trilyon dollar) tələb etdiklərini bildirmişdi.

"Polşa dövləti oktyabrın 3-də Almaniya Xarici İşlər Nazirliyinə göndərilmiş rəsmi notaya hələ də cavab almayıb. Biz qərara gəldik ki, Polşanın mövqeyi, notamızın Almaniya dövlətinə göndərilməsinin hüquqi, praktiki və mənəvi əsasları barədə Avropa Birliyi, NATO , eləcə də Avropa Şurasından olan tərəfdaşlarımızı məlumatlandıraq. Avropa Birliyinin 50-yə yaxın ölkəsi, NATO, həmçinin Avropa Şurasına nota göndərdik”, - Mulyarçik qeyd edib.