02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərbaycan ilə Serbiyanın dostluğu əbədi olacaq”

23.11.2022

"Azərbaycan və Serbiya hərbi-texniki sahədə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da dərinləşməsi və geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaq”.

"DM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.

"Biz bu gün növbəti illər üçün bir sözlə, bir gündəlik tərtib etdik. Prezidentlər bu gündəliyi, əlbəttə ki, öz diqqətində saxlayacaq, bu məsələlərin icrasına nəzarət edəcəklər. Bunu daha operativ və səmərəli şəkildə etmək üçün əlbəttə ki, biz tez-tez görüşməliyik. Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər və ondan sonra, əlbəttə ki, mən də yenidən gələcəyəm ”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlətimizin başçısı yenidən Serbiyada olmağından məmnunluğunu ifadə edərək deyib:

"Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq”.