Bağdad-Bakı-Bağdad  aviareysi ləğv edilib 
    
                          
     
                         18.10.2018
 
    
                        Oktyabrın 18-də həyata keçirilməli olan Bağdad-Bakı-Bağdad aviareysi ləğv edilib.
 Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuda melumat verilir ki, "Iraqi Airways” aviaşirkətinin saat 20:00-da "IA 421” saylı Bağdaddan Bakıya olan uçuşu ləğv olunub.
Aviareys ləğv edildiyindən "Iraqi Airways” aviaşirkətinin bu günə olan "IA 422” saylı Bakı-Bağdad reysi da ləğv olunub. Aviareyslər "Boeing B737-800” təyyarəsi ilə həyata keçirilməli idi.
Bağdad-Bakı-Bağdad aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.