28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AXCP üzvü Kəlbəcərdə faciəli şəkildə ölüb

23.11.2022

Kəlbəcər rayonunda traktor aşıb, ölən var.

"DM" xəbər verir ki, hadisə noyabrın 18-də rayon ərazisində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici "ZL 50" markalı traktor tipli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi aşıb. Nəticədə F.Tağıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Ölən şəxsin AXCP-nin Abşeron Şöbəsinin üzvü olduğu bildirilir