03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya Ukraynaya yeni raketlər verib

22.11.2022

Böyük Britaniya Ukraynaya "Brimstone-2” dəqiq idarə olunan raketlər verib.

Sözügedən raketlər lazer yönləndirmə ilə təchiz edilib. Eyni zamanda, onların buraxılış məsafəsi bu raketlərin əvvəlki seriyasından iki dəfə çoxdur.

Təxminən bir il əvvəl Londondakı nümayəndələr Kiyevə "Brimstone-1” tipli hava-yer tipli raketlər çatdırıblar.

Hazırda Ukraynaya verilən "Brimstone-2” raketlərinin sayı açıqlanmır.

2016-cı ildə Britaniyanın Hərbi Hava Qüvvələrində (Royal Air Force /RAF) istismara daxil olan "Brimstone 2” raketinin dəyərinin təxminən 175 000 funt sterlinq (207 000 dollar) olduğu təxmin edilir. Təyyarədən buraxılan raketin uçuş məsafəsi 60 km, yer platformalarından buraxıldıqda isə 12 km-ə yaxındır.

Mənbə: The Telegraph