03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Təhlükəsizlik zolağını lazım olan yerə çəkməyimizə heç kim mane ola bilməz"

22.11.2022

Türkiyə (İstanbulun İstiqlal küçəsində törədilən terror aktı nəticəsində - red.) 6 günahsızın həyatına son qoyan hücuma İraq və Suriyanın şimalındakı terror hədəflərini yerlə-yeksan etməklə cavab verdi.

"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə bütün terrorçuların kimliyini və harada olduqlarını bilir.

"Terrorçuları kimin himayə etdiyini, silahlandırdığını və təşviq etdiyini də çox yaxşı bilirik. Sərhədlərimizə və vətəndaşlarımıza hücumların davam etdiyi yerlərdə təhlükəsizlik zolağını lazım olan yerə çəkməyimizə heç kim mane ola və ya ona qarşı çıxa bilməz”, - deyə o bildirib.