03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fergus Auld: Artıq qadınlar da ANAMA-nın əməliyyatlarında iştirak edir

22.11.2022

"Böyük Qayıdış”da qadınların fəal iştirakı vacib element olmalıdır.

"DM" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ADA Universitetində keçirilən "Davamlı Sabah üçün Qadınlar” mövzusunda yüksək səviyyəli konfransda çıxışında deyib.

"Mən bu yaxınlarda Ağdamda səfərdə ikən dağıntıların necə böyük miqyasda olduğunu gördüm. Aydındır ki, bu ərazilərin minalardan təmizlənməsi qayıdış üçün vacibdir. Mən şadam ki, minalardan təmizlənmə prosesində ANAMA-ya dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri Britaniyadır”, - səfir bildirib.

Səfir Britaniyanın da dəstəyi ilə ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatlarında artıq qadınlardan ibarət komandanın da iştirak etdiyini vurğulayıb.