04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa İrəvanın tələbini rədd edib

22.11.2022

Fransa Zəngəzurun (Sünik vilayəti) eks-qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

Bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

İlkin araşdırma zamanı Xaçatryanın Fransada olması barədə məlumat əldə edilib. Onun ekstradisiyası üçün Parisə sorğu göndərilib.

Oktyabrın sonunda Fransa Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə Ermənistanın hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırıb. Bildirilib ki, iyunun 29-da Fransa məhkəmə orqanları İrəvanın müraciətinə mənfi rəy veriblər.

Fransa tərəfi bildirib ki, bu qərar ekstradisiya haqqında Avropa Konvensiyasına əsaslanır. Belə ki, ekstradisiya "aidiyyəti şəxs üçün son dərəcə ağır nəticələrə səbəb ola bilər”.

Mənbə: Sputnik Ermənistan