04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranın MAQATE-yə cavabı: uran istehsalı başlayıb

22.11.2022

İran Atom Enerjisi Təşkilatı "Fordo” kompleksində 60% zənginləşdirilmiş uranın istehsalına başlayıb.

"DM" xəbər verir ki, bu barədə İranın "Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, İranın Atom Enerjisi Təşkilatı bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) qərarına cavab olaraq atıb.

Bildirilib ki, MAQATE antiiran qətnaməsini təsdiqləyib və Tehrandan qurumla əməkdaşlıq etməsini istəyib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu addımı qeyri-konstruktiv adlandırıb və İranın cavab tədbirləri görəcəyini bildirib.