03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belqradda Serbiya-Azərbaycan biznes forumu keçirilib

22.11.2022

Noyabrın 21-də Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Belqradda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad edib. Nümayəndə heyəti həmçinin, 1999-cu ildə Belqradın bombardman edilməsi nəticəsində həlak olan uşaqların xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzüb.

Biznes-forumda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizdə aparılan iqtisadi islahatlar, sahibkarlar və investorlar üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Nazir müavini kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi potensialını qeyd edib, biznes-forumun iqtisadi əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcəyini vurğulayıb.

Serbiyanın iqtisadiyyat nazirinin xüsusi müşaviri xanım Miryana Filipoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib, Azərbaycan şirkətlərini Serbiyada müxtəlif sahələrdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib.

Forumda çıxış edən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov İqtisadi Zonanın investisiya imkanları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Serbiya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi imkanları, AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac potensialı barədə danışıblar.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.