04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ordusunun İraq və Suriyada əməliyyatları:Minlərlə terrorçu zərərsizləşdirilib

22.11.2022

"Türkiyə 24 iyul 2015-ci il tarixindən bu günə qədər ölkə daxilində, Şimali İraq və Suriyanın şimalında ümumilikdə 36 854 terrorçunu zərərsizləşdirib”.

Bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar parlamentin (TBMM) büdcə təqdimatında açıqlayıb.

O qeyd edib ki, bu ilin əvvəlindən 3 585 terrorçu zərərsizləşdirilib.

"Hər gün görülən əlavə tədbirlərlə təkcə yanvarın 1-dən 234 282 nəfərin sərhədlərimizdən qanunsuz keçməsinin qarşısı alınıb; 7107 qeyri-qanuni miqrant və 724 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib”, - deyə Akar bildirib.

O vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri terrorizmi mənbəyində məhv etmək strategiyası ilə ölkə daxilində və hüdudlarından kənarda bütün terror təşkilatlarına qarşı mübarizə aparır.

Mənbə: Haber Global