30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlılar Ukraynada partizan dəstələri yaradırlar - VİDEO

22.11.2022

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Xersondan çıxarılan Rusiya ordusu Donbasa istiqamətində hücumu genişləndirir.

"Son günlərdə Donbasda vəziyyət daha da gərginləşib. Orada xüsusi əməliyyatlarda iştirak edən azərbaycanlı hərbçi də ağır yaralanıb”, - deyə jurnalist qeyd edib.

Məlumata görə, qış aylarında Xersonda kommunal xidmətlərin tam bərpası mümkün olmayacağından əhali digər şəhərlərə təxliyə ediləcək.

O da bildirilib ki, işğal altında qalan, yaxud neytral ərazidəki azərbaycanlılar separatçıların və Rusiya ordusunun hücumlarına qarşı birləşərək partizan dəstələri yaradırlar.