30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada Kiyev-Peçersk Lavrasında axtarışlar aparılıb

22.11.2022

Ukrayna Təhlükəsizlik Xidməti Kiyev-Peçersk Lavrasında axtarışlar aparır.

"DM" "Unian"a istinadən xəbər verir ki, monastır ərazisindəki əks-kəşfiyyat əməliyyatının polis və milli qvardiya ilə birlikdə aparıldığı bildirilib. Məlumata görə, axtarışların məqsədi monastır ərazisindən Rusiya xüsusi xidmət orqanlarının istifadəsinin qarşısını almaq, Ukrayna əhalisinə qarşı terrorçu fəaliyyətlərin, Ukraynanın suverenliyinə qarşı təxribatların qarşısını almaq məqsədilə aparılır.

Bildirilib ki, məqsəd Lavranın "rus dünyası” tərəfindən istifadəsinin qarşısını almaq, eyni zamanda burada Ukraynanın suverenliyi əleyhinə qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərin olub-olmamasını müəyyənləşdirməkdir.

Qeyd olunub ki, hüquq mühafizə orqanlarının əməkdaşları, eyni zamanda kilsə nümayəndələri ilə birlikdə ərazidə dövriyyəsi qadağan edilmiş müxtəlif vasitələrin olmasına dair məlumatları yoxlayır.