09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Tokayev prezident seçkilərində qalib gəlib

22.11.2022

Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev bazar günü, noyabrın 20-də keçirilən prezident seçkilərində səslərin 81,31 faizini toplayaraq qalib gəlib.

Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov brifinqdə bildirib:

"Tokayev Kasım-Jomart Kemeleviç keçirilən seçkilərdə 6 456 392 səs və ya səslərin 81,31 faizini toplayıb”.

Seçkilərdə iştirak 69,44% təşkil edib.

Qazaxıstanda keçirilən prezident seçkilərində ikinci yeri 3,42 faiz səslə "Auıl” partiyasının namizədi Jiquli Dairbayev tutub.

2019-cu il iyunun 9-da keçirilmiş əvvəlki prezident seçkilərində Tokayev səslərin 70,96 faizini qazanmışdı.

Tokayevin andiçmə mərasimi noyabrın 26-da baş tutacaq.

Mənbə: TASS