01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər Putini İrəvanda aksiya ilə qarşılayacaq

22.11.2022

Rusiya Prezidenti Vladimir Putinin səfəri ərəfəsində erməni qərbpərəstlər, daha doğrusu Nikol Paşinyanın əlaltıları arasında sözlə ifadə olunmayan isteriya yaranıb. Hər yerdə və bacardıqca tez-tez Putini etiraz aksiyaları ilə qarşılamağa, rus mədəniyyətinə aid heykəlləri dağıtmağa dair fikirlər səsləndirirlər. "KTMT düşməndir” başlığı ilə materiallar yayırlar.

"DM" xəbər verir ki, bu barədə "Hraparak” məlumat yayıb.

"Aksiyaya çağırış edənlər noyabrın 23-də Azadlıq meydanına toplaşacaqlarını qeyd edirlər. Paşinyan tərəfdarları KTMT üzvlərini, xüsusilə də Putini İrəvanda etirazlarla qarşılamağı erməni xalıq üçün ləyaqət məsələsi hesab edirlər”, - məlumatda deyilir.