30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-dan Türkiyənin əməliyyatı ilə bağlı çağırış

22.11.2022

ABŞ Türkiyədə törədilən terror aktı və bu ölkənin antiterror əməliyyatından sonra Suriya və İraqda vəziyyəti gərginləşdirməməyə çağırıb.

"DM" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"ABŞ Suriya və Türkiyədə mülki insanların həlak olması ilə bağlı səmimi başsağlığı verir. Biz mülki əhalinin həyatını qorumaq və İŞİD-i məğlub etmək kimi ümumi hədəfi dəstəkləmək üçün Suriyada deeskalasiyaya çağırırıq”, - məlumatda deyilib.

Qeyd olunur ki, ABŞ İraqda ölkənin suverenliyini pozan hər hansı razılaşdırılmamış hərbi əməliyyata qarşıdır.