29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO Baş katibi Çinlə bağlı xəbərdarlıq edib

21.11.2022

NATO Baş katibi Yens Stoltenberq xəbərdarlıq edib ki, Qərb ölkələri Moskvanın Kiyevə qarşı müharibəsi fonunda Rusiyanın enerji təchizatından imtina etdikləri üçün Çindən yeni asılılıqlar yaratmamaq istiqamətində diqqətli olmalıdırlar.

"DM" xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68 sessiyasında çıxışı zamanı deyib.

"Biz Çinin kritik infrastrukturumuza, təchizat zəncirlərimizə və əsas sənaye sektorlarımıza nəzarət etmək üçün artan səylərini görürük.

Biz avtoritar rejimlərə zəifliklərimizdən istifadə etmək və bizi sarsıtmaq üçün heç bir şans verə bilmərik", Stoltenberq vurğulayıb