29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kreml Lavrovun ATƏT-in iclasına buraxılmamasına münasibət bildirib

21.11.2022

Varşavanın Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT Nazirlər Şurasının iclasında iştirakına icazə verməməsi çətin ki, Rusiya və Lavrova diskomfort yaratsın. Bu, ATƏT üçün başağrısıdır.

"DM"-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Gəlin ötən ilin sonunu, bu ilin əvvəlini xatırlayaq. Təhlükəsizlik məsələləri üzrə strukturlaşdırılmış, layihəyönümlü və gələcəyə yönəlmiş danışıqlar üçün Rusiyanın konstruktiv təklifini məhz ATƏT-in özü rədd etdi. Bu cür bəyanatlar bizim tərəfimizə, xüsusən də Sergey Lavrova çətin ki, diskomfort yaratsın. Amma bunun təşkilat olaraq ATƏT üçün böyük başağrısı olması birmənalıdır”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 1-2-də Lodzda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakına icazə verməyib.