Putin İrəvanda Paşinyanla görüşəcək 
    
                          
     
                         21.11.2022
 
    
                        Rusiya Prezidenti Vladimir Putin noyabrın 23-də Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
O, ikitərəfli görüşün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlət başçılarının sammiti çərçivəsində keçiriləcəyini deyib.