30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb - NAZİRLİK

18.10.2018

Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub.
"Dövran Media" məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.
O qeyd edib ki, bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır.
V.Yaqublu bildirib ki, strategiya müəllim hazırlığının təkmilləşdirilməsində və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında da xüsusi rol oynayır:
"Təsadüfi deyil ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində 50 minə yaxın namizəd iştirak edib, 5 mindən artıq namizəd müəllim adını qazanıb. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub".
V.Yaqublu vurğulayıb ki, ali məktəblərə sonuncu qəbul imtahanında isə 500 və daha artıq bal toplayan abituriyentlər arasında 2090 nəfər müəllim peşəsini seçib.
İnstitut direktoru qeyd edib ki, 2018-ci ildə 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12 050 müəllimə ixtisasartırma təlimi keçirilib: "Ümumilikdə 2018-ci ildə Bakı və regionlarda 28 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub".