03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lənkəranda XI sinif şagirdi döyülüb

21.11.2022

Lənkəranda XI sinif şagirdi döyülüb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu noyabrın 20-də axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. O, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Valideynləri hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.

Şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan  bildirilib ki, faktla bağlı Lənkəran Polis Şöbəsinə müraciət daxil olub. Hazırda araşdırma aparılır.