28 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AYP başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub

18.11.2022

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.

"DM" xəbər verir ki, bu barədə Anar Əsədli özünün sosial şəbəkədəki hesabında məlumat yayıb.

O bildirib ki, bu gün Ankaraya səfər etməli imiş, lakin Daxili İşlər Nazirliyi (DİN) onun ölkədən çıxışına qadağa qoyub.

Hazırda Heydər Əliyev Beynəlxalq Hava limanında olduğunu bildirən Anar Əsədli məsələ ilə bağlı DİN rəhbərliyinin məlumatlandırıldığını qeyd edib.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.