28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirəcəklər

18.11.2022

Azərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirəcəklər.

"DM"-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin noyabrın 18-də Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun imzalanması ilə mümkün olub.

Dəyişikliklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar.

Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz ediləcək.

Həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.