28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lapiddən Bakının səfirlik qərarına - Reaksiya

18.11.2022

Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir.

"DM" xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid Tvitterdə yazıb.

O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib:

"Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”.

Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.