27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplar yaradılıb, rəhbərlər seçilib

18.11.2022

Parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplar yaradılıb.

"DM" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ramin Məmmədov, Azərbaycan-Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Məşhur Məmmədov, Azərbaycan-Tunis parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ziyafət Əsgərov, Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna isə Zahid Oruc rəhbər seçilib.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.