27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təbriz bazarı da tətilə qoşulub

18.11.2022

Təbrizdə noyabrın 15-dən başlayan mağazalar, ticarət mərkəzləri və digər istehsal müəssisələrinin tətil aksiyası davam edir.

"DM" xəbər verir ki, sahibkarlar bu gün də dükanlarını açmaqdan imtina ediblər.

Məlumata görə, Təbrizin mərkəzində yerləşən mağazalarla yanaşı, şəhərin üstüörtülü bazarının işçiləri də ümumxalq tətilinə qoşulublar.

Təbrizlə yanaşı Ərdəbil, Urmiya, Zəncan və Güney Azərbaycanın başqa bir neçə şəhərində bir çox dükan sahibi tətil elan edib və dükanlarını bağlı saxlayıb.