Azərbaycan İsraildə səfirlik açır 
    
                          
     
                         18.11.2022
 
    
                        Azərbaycan İsraildə səfirlik açır.
"DM”-nın xəbərinə görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Toplantıda deputatlar "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycan həm də Fələstində diplomatik nümayəndəlik açır.
Toplantıda deputatlar "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.